XƏBƏRLƏR / Hava

Dağlıq ərazilərə yağış yağacaq, çaylardan sel keçəcək

Xəbərdarlığı Milli Hidrometeorologiya Xidməti verib

Dağlıq ərazilərə yağış yağacaq, çaylardan sel keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 5-i gündüz bəzi dağlıq ərazilərdə, 6-7-də isə əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.