Naxçıvanda qarın hündürlüyü 29 santimetrə çatıb
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verir
Naxçıvan Muxtar Respublikasında qarlı-şaxtalı hava şəraiti hökm sürür.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, hazırda muxtar respublikanın şəhər və rayonlarına qar yağır.
Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 29, Parağaçay Qar Uçqunu Stansiyasında 7, Şahbuz rayonunun Kükü kəndində 16, Şərurda 5, Sədərək və Kəngərlidə 3, Şərurun Axura kəndində isə 8 santimetr qeydə alınıb.
1 dəqiqədən az