XƏBƏRLƏR / Hava

Dağlıq rayonlarda şaxta qeydə alınıb

Faktiki hava

Dağlıq rayonlarda şaxta qeydə alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

    Bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib.

    Qeyd olunub ki, Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Göyçay, Zərdab, Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.