XƏBƏRLƏR / İctimaiyyət

Daha 10 itkin şəhidin adları açıqlanıb SİYAHI

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib

Daha 10 itkin şəhidin adları açıqlanıb SİYAHI
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Təxirəsalınmaz tədbirlər nəticəsində itkinlərdən 25 nəfərin şəxsiyyəti eyniləşdirilib.

    Bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

    O bildirib ki, daha 10 nəfərin də şəxsiyyəti müəyyənləşdirilib və onlar aşağıdakılardır:

    Tahirov Seyfulla Veytulla oğlu

    Atamoğlanov Əbülfət Sabir oğlu

    Hacıyev Təhsil Fikran oğlu

    Həsənov Vüqar Habil oğlu

    Babaşov Əlhəm Tahir oğlu

    Xələfov Cahangir Məmi oğlu

    Nağıyev Cahid Şəfi oğlu

    Məmmədov Elmar İnqilab oğlu

    Qasımov Veysəl Qasım oğlu

    Əhmədov Riad Fikrət oğlu.