XƏBƏRLƏR / Hərbi

Daha 137 mina və 444 PHS aşkarlanıb

Bu barədə ANAMA məlumat yayıb

Daha 137 mina və 444 PHS aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (20.11.2023 - 26.11.2023) açıqlanıb.

    ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 64 piyada əleyhinə mina, 73 tank əleyhinə mina, 444 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 683,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.