XƏBƏRLƏR / Din

Danimarka Quranın yandırılmasını qadağa edə bilmir

Bu barədə "Reuters" agentliyi məlumat yayıb

Danimarka Quranın yandırılmasını qadağa edə bilmir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Danimarka müxalifəti hökumətin Quranın yandırılmasını qadağan etmək planlarına qarşı çıxıb.

    "Reuters"in məlumatına görə, müxalifət qadağanın ifadə azadlığını təhdid etdiyini iddia edir. Danimarkanın 7 əsas müxalifət partiyası etiraz bəyanatı imzalayıb.

    "Hökumət kənar təzyiqlərə boyun əyməklə, həm də xarici ölkələrin milli siyasətə qarışmasına yol aça bilər", - bəyanatda deyilir.

    Ölkənin ədliyyə naziri Piter Hummelqaard bildirib ki, etirazlara baxmayaraq, hökumət Quranların yandırılmasının qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək/ 

    Qeyd edək ki, son dövrlərdə İsveç və Danimarkada Quranın nümayişkəranə yandırılması aksiyaları baş tutub. Hadisə ilə əlaqədar bir sıra müsəlman ölkələrində etiraz aksiyaları keçirilib.