Erməni katalikos Papa ilə görüşdə də təxribatdan əl çəkməyib
II Qaregin Vatikanda Azərbaycan əleyhinə bəyanatlarla yadda qalıb

Bütün ermənilərin katolikosu II Qaregin Azərbaycan əleyhinə bəyanatlarla Vatikana gəlib.
Erməni kilsəsinin saytında II Qareginin Vatikana səfəri ilə bağlı çox şey var, lakin bizə bu məqamlar maraqlıdır:
"Papanın xüsusi diqqəti öz vətənlərini - Artsaxı tərk etməyə məcbur olmuş ermənilərin problemlərinə, Artsaxda erməni mənəvi-mədəni irsinin məhv edilməsi təhlükəsinə, habelə hərbi əsirlərin və girovların azad edilməsinin zəruriliyinə" yönəldilib.
Erməni kilsəsi erməni xalqına ziyan vuran təbliğat və təxribat fəaliyyətini davam etdirir.