Ukraynada bəzi dini qurumların fəaliyyəti qadağan edilir
Müvafiq qanun layihəsi bu gün qəbul edilib
Ali Rada Ukrayna ərazisində dini qurumların fəaliyyəti, o cümlədən Rusiya Federasiyası ilə əlaqəli olan dini qurumların fəaliyyətinə qadağa qoyulması haqqında yenidən işlənmiş qanun layihəsini qəbul edib.
Qanun layihəsi bu gün - payız sessiyasının ilk iclasında qəbul edilib.
Qanun layihəsi barədə Ukraynanın xalq deputatı Yaroslav Jeleznyak məlumat verib.
Qanun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.
Qeyd edək ki, 1 ilə yaxındır qanun layihəsinin qəbulunun gecikməsinə səbəb bir sıra deputatların bunun əleyhinə olması olub.