Daşaltı əməliyyatında həlak olanların xatirəsi Şuşada anılıb
Anım mərasimi Şuşa Şəhidlər Xiyabanında keçirilib
Daşaltı əməliyyatında və Şuşa səmasında vurulan helikopterdə şəhid olanların əziz xatirəsi yad edilib.
1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı və yanvarın 28-də erməni terrorçuları tərəfindən Şuşa səmasında vurulan “Mİ - 8” helikopterində şəhid olanların əziz xatirəsi bu gün Şuşa Şəhidlər Xiyabanında ehtiramla yad edilib. Onların ruhuna dualar oxunub.
Şəhidlərin anım mərasimində Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin məsul əməkdaşları, Şuşada fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
1 dəqiqədən az