XƏBƏRLƏR / Qayıdış

Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir

Bunu Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov bildirib

Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir
Aydın Kərimov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şuşa şəhəri ilə bərabər, ətraf kəndlərdə də tikinti-quruculuq işləri görülür. Daşaltı kəndində inşası aparılan məsciddə tikinti işləri artıq başa çatmaq üzrədir.

    Bu sözləri jurnalistlərə açıqlamasında Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

    “Daşaltı kəndi turizm məkanı kimi qurulur. Özəl investorlar tərəfindən təxminən 8 hektarlıq ərazidə layihənin icrasına başlanılıb, burada otel və villa tipli tikintilər aparılacaq. Daha sonra kəndin növbəti inkişaf mərhələsi üçün yeni investorlar cəlb olunacaq”, - deyə o əlavə edib.