Daşkənddə Azərbaycanla müttəfiqlik sazişi təsdiqləndi
Özbəkistan parlamenti sazişin ratifikasiyasından sonra onu təsdiq üçün Senata göndərib

Özbəkistan parlamenti Azərbaycanla müttəfiqlik münasibətləri haqqında sazişi ratifikasiya edib.
Sənəd təsdiq üçün Senata göndərilib.
Müqavilə Şövkət Mirziyoyev və İlham Əliyev tərəfindən 2024-cü il avqustun 23-də Daşkənddə iki ölkənin ali dövlətlərarası şurasının birinci iclasının yekunu üzrə imzalanıb.