Azərbaycan və Özbəkistan rəsmən müttəfiq oldular
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Bu gün Azərbaycan və Özbəkistan rəsmən müttəfiq oldular.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev mətbuata bəyanatında bildiriblər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərini iki ölkə arasında çoxəsrlik dostluq əlaqələrinin inkişafında tarixi hadisə adlandırıb və iki ölkə arasında dövlətlərarası qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində yeni fəslin başladığını bildirib.
“Bu gün hörmətli İlham Heydəroviçlə mən müttəfiqlik münasibətləri haqqında müqavilə imzaladıq. Bu sənəd dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsində yeni fəslin başlanğıcını göstərir. Beləliklə, biz çoxşaxəli tərəfdaşlığın hərtərəfli inkişafına qəti öhdəliyimizi təsdiqlədik”, - Özbəkistanın başçısı bildirib.
Öz növbəsində, Prezident Əliyev vurğulayıb: “Bu gün biz rəsmən müttəfiqlər olduq. Əslində, razı olardım ki, bu, tarixi məqamdır. Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.