Daxili Qoşunların əsgəri xəstəlikdən vəfat edib
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib
Daxili Qoşunların müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Sərxan Nəriman oğlu xəstəlikdən vəfat edib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
"Hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.