XƏBƏRLƏR / Kriminal

Dəmir yolu stansiyasında 4 yeniyetmə bıçaqlanıb

Hadisə Bakının Keşlə qəsəbəsində olub

Dəmir yolu stansiyasında 4 yeniyetmə bıçaqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 28-də gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb.