XƏBƏRLƏR / Hava

Dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb

Faktiki hava

Dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 5-i saat 17:30-a olan məlumata əsasən bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dir.

    Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 16, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb