Dənizdə dalğanın hündürlüyü 5 metrə çatıb
Paytaxtda küləyin sürəti saniyədə 36 metrədir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 9-na olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.
Xidmətdən bildirilib ki, qar örtüyünün hündürlüyü Qaxda 46, Ağdərədə (Ordubad) 28, Şəkidə 23, Ləzədə 20, Şahdağda 18, Xınalıqda 16, Xaltanda 14, Qrızda 12, Lerikdə 11, Qusarda 10, Şamaxı, Qubada 9, Şahbuz, Gədəbəydə 8, Daşkəsən, Altıağacda 7, Göygöldə 4, Oğuzda 3, Qobustanda 2, Naxçıvan, Qəbələ, Zaqatala, Xaçmaz, İsmayıllı, Astarada 1 santimetr təşkil edib.
Düşən yağıntının miqdarı Astarada 25, Şamaxıda 20, Qax, Şəkidə 12, Lerikdə 11, Lənkəranda 10, Oğuz, Şahbuzda 8, Ləzə, Qəbələdə 7, Zaqatalada 6, Balakən, Yardımlıda 4, Mingəçevir, Xınalıq, Naxçıvanda 2, Şərurda 1 millimetrədək olub.
Şimal-qərb küləyi əsib, arabir Neftçalada saniyədə 20, Xaltanda 15, Bakıda və Abşeron yarımadasında isə 36 metrədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.8 metrə çatıb.
Naftalan, Gəncə, Naxçıvan, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qax, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub, görmə məsafəsi 50-200 metrədək məhdudlaşıb.
Fevralın 8-də Bakıda temperatur iqlim normasından 1.5° aşağı olub. Belə ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1°-dək şaxta, Naxçıvanda 10°-dək şaxta, dağlıq rayonlarda 10-15° şaxta, aran rayonlarında 1°şaxtadan 1°-dək isti təşkil edib.