Deputatlar İsraildəki səfirliyimizin açılışına gedirlər
Bu barədə Milli Məclis məlumat yayıb
![Deputatlar İsraildəki səfirliyimizin açılışına gedirlər](/uploads/images/2023/03/rs/image_750x_6421877245fe5-750-1080-resize.webp)
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov martın 28-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcəklər. Bu barədə MM-in saytı yazıb.
Səfər çərçivəsində Milli Məclisin deputatları İsrail Dövlətində Azərbaycan Respublikasının səfirliyinin açılması mərasimində iştirak edəcəklər.
Səfər martın 30-da başa çatacaq.