XƏBƏRLƏR / İctimaiyyət

Jurnalist Nurani vəfat edib

Qeyd edək ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirdi

Jurnalist Nurani vəfat edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) uzun sürən xəstəlikdən sonra bu gecə vəfat edib.

    Bu barədə “Minval Politika”nın baş redaktoru Emil Mustafayev məlumat verib.

    O bildirib ki, vida mərasimi bu gün 12:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

    Nuraninin nəşi 13:00-da "Yasamal" qəbiristanlığında dəfn ediləcək.

    Qeyd edək ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

    Xatırladaq ki, Nurani 1992-ci ildən fəaliyyətə başlayaraq "Yurddaş", "Ayna"-"Zerkalo" nəşrlərində çalışıb, "Exo" qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri olub. Son illərdə isə "Minval Politika" xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərib.