XƏBƏRLƏR / İctimaiyyət

DİN Formula 1 ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Bakıda keçirilən yarışla əlaqədar məhdudiyyət tətbiq olunur

DİN Formula 1 ilə əlaqədar əhaliyə müraciət edib VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Daxili İşlər Nazirliyi (DİN) Formula 1 Azəbaycan Qran-Prisi ilə əlaqədar əhaliyə müraciət ünvanlayıb.

    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərində keçirilən yarışla əlaqədar məhdudiyyət tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücülərin və piyadaların mənzilbaşına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “Fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

    Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələri, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələri, səyahətlərini məhdudiyyət tətbiq olunmuş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmaları tövsiyə edilir.

    VİDEO

    .