XƏBƏRLƏR / İctimaiyyət

DİN kiber-onlayn talamalara görə vətəndaşlara müraciət edib

Kimsə sizə “bank kartınızı göndərin, yardım edəcəyəm” - desə, göndərməyin!

DİN kiber-onlayn talamalara görə vətəndaşlara müraciət edib
Elşad Hacıyev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev kiber-onlayn talamalarla bağlı vətəndaşlara müraciət edib.

    Müraciətdə bildirilir:

    "Kimsə sizə “bank kartınızı göndərin, yardım edəcəyəm” - desə, göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin, beh verim” - desə, göndərməyin! Kimsə sizə “kampaniya var - ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” - desə, etməyin! Kimsə sizə “onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiniz” - desə, qoşulmayın! Hamısı yalandır!".