İtkin düşən daha bir hərbçinin nəşi Salyanda dəfn edildi
Əbülfət Atamoğlanov 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb
Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə Edilli kəndində aşkarlanan Atamoğlanov Əbülfət Sabir oğlunun nəşi Salyan rayonunun Kürsəngi kəndinə gətirilib.
Bu gün orada şəhidlə vida mərasimi keçirilib. Mərhum doğulduğu Kürsəngidə də torpağa tapşırılıb.
Qeyd edək ki, Atamoğlanov Əbülfət Sabir oğlu 04.07.1967-ci ildə Salyan rayonunun Kürsəngi kəndinə anadan olub. 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.
Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin Atamoğlanov Əbülfətə məxsus olduğu təsdiqlənib.