XƏBƏRLƏR / Münaqişə

Dohada ABŞ ilə İran arasında dolayı danışıqlar davam edir

Bu barədə “Əl Ərəbiyə” məlumat yayıb YENİLƏNİB

Dohada ABŞ ilə İran arasında dolayı danışıqlar davam edir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 16:55

    İran və ABŞ xaricdə dondurulmuş aktivlərdən Tehrana 3 milyard dollar ayrılması barədə ilkin razılıq əldə edə bilib.

    Bu barədə mənbələrə istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.

    "İrana 3 milyard dolların ayrılması barədə ilkin razılıq ABŞ və İran arasında Dohada keçirilən dolayı danışıqlar zamanı əldə edilib", - məlumatda qeyd olunub.

    Orada söhbətin ABŞ-da, yoxsa digər ölkələrdə dondurulmuş aktivlərdən getdiyi göstərilmir.

    ***

    14:51

    “Al Arabiya” telekanalının mənbələri çərşənbə günü bildiriblər ki, Dohada ABŞ ilə İran arasında dolayı texniki danışıqlar davam edir. Qətər və Pakistan bu danışıqlarda vasitəçi qismində çıxış edir.

    Telekanal xəbər verir ki, İran nümayəndə heyəti Pakistan vasitəçisi ilə danışıqlara başlayıb, ABŞ nümayəndə heyəti isə Qətər vasitəçisi ilə danışıqlara başlayıb.

    “Reuters” əvvəllər müzakirələrdən birbaşa xəbərdar olan mənbəyə istinadla ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin çərşənbə axşamı keçirilən texniki sessiyalar üçün zəmin yaratmaq məqsədilə Qətərin Baş naziri ilə görüşdüklərini, lakin danışıqlarda özlərinin iştirak etmədiklərini bildirib.

    Ayrıca olaraq, İranın yüksəkvəzifəli rəsmisi çərşənbə günü “Reuters”ə bildirib ki, Tehran və Vaşinqton arasında dolayı danışıqlar çərşənbə axşamı Dohada davam edir. O, müzakirələrin Tehranın vəsaitlərinin ayrılması və Hörmüz boğazı ilə bağlı olduğunu əlavə edib.

    “Dolayı danışıqlar çərşənbə axşamı gecəsi başlayıb. İran Qətər və Pakistan rəsmiləri ilə görüşlər keçirib və onlar, öz növbəsində, ABŞ tərəfi ilə görüşüblər. Dolayı danışıqlar çərşənbə günü davam edib və İranın dondurulmuş aktivləri, Hörmüz boğazı məsələlərinə diqqət yetirilib”, - deyə İran rəsmisi bildirib.