XƏBƏRLƏR / Siyasət

Donald Tramp Ərdoğan haqda nələr dedi?

ABŞ Prezidenti İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ evdə jurnalistlərə açıqlamasında deyib

Donald Tramp Ərdoğan haqda nələr dedi?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Donald Tramp Netanyahuya İsrail və Türkiyə arasındakı fikir ayrılıqlarının yumşaldılmasında vasitəçi kimi çıxış edəcəyinə söz verib: “İsrailə dedim: Türkiyə ilə problemi varsa, mən bunu həll edə bilərəm.

    Ərdoğan adlı bir adamla əla münasibətim var - mənim ondan xoşum gəlir, onun da məndən xoşu gəlir və bu, medianı dəli edir. Mənim Türkiyə və onun lideri ilə çox, çox yaxşı münasibətim var. Türkiyəni təbrik edirəm. Mən Ərdoğana dedim: “Sən 2000-ci ildə heç kimin etmədiyi bir şeyi etdin – Suriyanı nəzarətə götürdün. O, həqiqətən sərt və çox ağıllıdır. O, heç kimin bacarmadığı şeyi etdi”.

    İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi “Türkiyənin Suriyadan İsrailə qarşı baza kimi istifadə etməsini istəmir və bu münaqişədən qaçmaq üçün yollar axtarır”.