ABŞ-ın keçmiş prezidenti Donald Trampın növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmə mətbuata qapalı baş tutub.
Məxfi sənədlərin qanunsuz saxlanması işində ittiham edilən sabiq dövlət başçısına bəraət verilib. Ona heç bir səyahət məhdudiyyəti və ya girov tətbiq edilməyib. Bu, o deməkdir ki, Donald Tramp öz prezidentlik kampaniyasını sərbəst şəkildə apara biləcək.
Donald Tramp ona qarşı irəli sürülən 37 ittihamın hamısını rədd edib. Ona iş üzrə şahidlərlə danışmağa icazə verilməyib.