Dövlət Neft Fondunun aktivləri 58 milyard dolları ötüb
ARDNF həm də bu ilin ilk rübündə 10 tondan çox qızıl alıb
Cari il iyunun 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 58 000,6 milyon dollar təşkil edib.
Bu barədə ARDNF-nin 2024-cü ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair məlumatda qeyd olunub.
Fondun aktivləri bu ilin əvvəlinə (56 069,7 milyon dollar) nisbətən 3,4 faiz artıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə fondun aktivləri (54 915,1 milyon dollar) 5,6 faiz artıb.
Bundan başqa, cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 1,3 dəfə azalaraq 9 milyard 254,9 milyon manat, büdcə xərcləri isə 2,4 dəfə artaraq 6 milyard 414,4 milyon manat təşkil edib.
Qeyd edək ki, ARDNF bu ilin ilk rübündə 10 tondan çox qızıl alıb. Belə ki, 1 aprel 2024-cü il tarixinə Fondun qızıl ehtiyatı 104,6 ton təşkil etdiyi halda iyull ayının 1-nə bu rəqəm 114.9 tona qədər yüksəlib. Başqa sözlə, ARDNF qızıl ehtiyatını son üç ayda 10.3 ton artırıb.