XƏBƏRLƏR / Rəsmi

Dövlət Turizm Agentliyi 12,8 mln AZN büdcəyə qaytarmayıb

Məlumatı Hesablama Palatası yayıb

Dövlət Turizm Agentliyi 12,8 mln AZN büdcəyə qaytarmayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət Turizm Agentliyi 12,8 milyon manat vəsaiti büdcəyə qaytarmayıb.

    Hesablama Palatasının (HP) Dövlət Turizm Agentliyində apardığı audit zamanı dövlət vəsaitlərinin qanunvericiliyə zidd şəkildə idarə olunduğu müəyyən edilib.

    Audit nəticəsində məlum olub ki, Agentlik 2022–2024-cü illər ərzində müxtəlif iş və xidmətlər üçün ayrılmış ümumilikdə 12,8 milyon manat vəsaiti akkreditiv hesablarında saxlayıb, lakin bu vəsait qanunla nəzərdə tutulduğu kimi büdcəyə geri qaytarılmayıb.

    Xüsusilə qeyd olunub ki, saxlanılmış vəsaitin yalnız 43,5 min manatı geri qaytarılıb, yerdə qalan məbləğ isə müxtəlif illərdə icra olunmuş xidmətlərə görə ödənilib.

    Hesablama Palatası bu praktikanın “Büdcə sistemi haqqında” Qanunun pozulması olduğunu, şəffaflığa zidd getdiyini və büdcə intizamını pozduğunu vurğulayıb.