XƏBƏRLƏR / Rəsmi

Türkiyə "İrana müdaxilə" iddiasını təkzib edir

Bu barədə Türkiyə Prezidenti yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi məluat verib

Türkiyə "İrana müdaxilə" iddiasını təkzib edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi, Türkiyənin miqrant dalğasının qarşısını almaq üçün İranda bufer zonası yarada biləcəyi ilə bağlı məlumatları təkzib edib.

    Bəyanatda qeyd olunur ki, "ABŞ-ın İrana hücumu halında Türkiyənin təhlükəsizlik səbəbləri ilə İran ərazilərini işğal etməyi planlaşdırdığı iddiaları dezinformasiyadır".

    Orada vurğulanır ki, Türkiyə qonşu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət edir və hər hansı bir böhrandan asılı olmayaraq sərhəd təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görür.