İrəvan Azərbaycanın 2 əsgərini geri qaytarmalıdır
Bunu XİN sözçüsü Ayxan Hacızadə Erməni XİN-in diversantlar haqda yalan məlumatını cavablandıraraq eyib
İrəvan Azərbaycan ordusunun əsir götürdüyü 2 əsgərini geri qaytarmalıdır.
“Ermənistan keçmiş səhvlərindən hələ dərs almayıb. O, təxribat xarakterli hərəkətlərinə görə üzr istəmək əvəzinə, yalan məlumatlar yayır”, - Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə sosial şəbəkədə Ermənistan Xarici İşlər Nazirliyinin iki erməni əsgərinin oğurlanmasını pisləyən bəyanatına cavab olaraq yazıb.
“İrəvan təxribatları dayandırmalı, Azərbaycan ordusunun əsir götürdüyü iki əsgərini geri qaytarmalı və itkin düşən 3890 nəfər barədə məlumat verməlidir”, - o əlavə edib.