XƏBƏRLƏR / Rəsmi

Elçin Əmirbəyova yüksək vəzifə verildi

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Elçin Əmirbəyova yüksək vəzifə verildi
Elçin Əmirbəyov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

    Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

    Dövlət başçısının digər Sərəncamı ilə Elçin Əmirbəyov Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad olunub.