Tokayev oktyabrın 6-7-də Azərbaycana səfər edəcək
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti xəbər yayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 6-7-də Azərbaycana səfər edəcək.
Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.
“Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edəcək”, - Qazaxıstan Prezidentinin mətbuat xidmətinin bəyanatında deyilir.