XƏBƏRLƏR / Rəsmi

Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda səfərdədir FOTO

Türkmənistan Xalq Məsləhətinin Sədrini mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar

Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda səfərdədir FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 7-də Azərbaycana səfərə gəlib.

    Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.