XƏBƏRLƏR / Rəsmi

Hersoqun Bakı səfəri vaxtı görünməmiş təhlükəsizlik şəraiti

İsrail Prezidentinin səfəri zamanı İranın terror aktı törətmək cəhdləri ilə bağlı əndişələr olub

Hersoqun Bakı səfəri vaxtı görünməmiş təhlükəsizlik şəraiti
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsrail mediası: Prezident İsxaq Heersoqun Bakıya səfəri görünməmiş təhlükəsizlik şəraitində keçdi.

    Hətta prezidentlər Fəxri qarovulun qarşısından keçəndə belə İsxak Hersoqu şəxsi cangüdəni müşayiət edirdi. Bu isə standart protokol qaydalarında nəzərdə tutulmayıb. 

    Ynet xəbər portalı qeyd edir ki, dünən görünməmiş təhlükəsizlik tədbirləri görülüb. Bildirilir ki, prezident nümayəndə heyətinin mühafizəsinin təmin edilməsində Azərbaycanın hüquq-mühafizə orqanlarının “minlərlə” əməkdaşı, həmçinin “Şin Bet” Baş Mühafizə Xidmətinin əməliyyatçıları iştirak edib.

    Baş nazir Netanyahunun ruporu olan “İsrail Hayom” qəzeti iddia edir ki, Prezident Hersoqun səfəri zamanı İranın terror aktı törətmək cəhdləri ilə bağlı əndişələr olub.

    “Jerusalem Post”un ingilisdilli nəşri əlavə edir ki, nümayəndə heyətinin üzvlərinə mobil telefonlarından internetə qoşulmaq və Bakı ətrafında təkbaşına hərəkət etmək qadağan edilib.

    Səfərə hazırlığın ilkin mərhələsində, bu ilin martında Livanın İranyönlü hərbi-siyasi təşkilatı “Hizbullah”ın rəsmi ruporu olan “Əl-Mənar” telekanalı İsrail Prezidentinin aradan götürülməsiı ilə bağlı təhdidlər səsləndirib.