Dövlətə xəyanətə görə həbs edilən şəxsin mühakiməsi başlayır
Dövlət Təhlükəsizliyi Xidməti istintaqı yekunlaşdırıb
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılmış daha bir xüsusi araşdırma nəticəsində həbs edilən şəxsin mühakiməsi başlayır.
Həmin şəxs Azərbaycan vətəndaşı Svetliçnıy İvan Nikolayeviçdir.
Qeyd edək ki, İ.Nikolayeviçə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə araşdırılacaq.