Kamran Əliyev separatçıların məhkəməsinə dair şərh verməyib
Baş prokuror ermənilərin məhkəməsinin ölkə qanunları və beynəlxalq konvensiyalara uyğun aparıldığını deyib
Hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi ölkə qanunları və beynəlxalq konvensiyalara uyğun aparılacaq.
Bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
"Bu işlə bağlı yalnız onu deyə bilərəm ki, hazırda iş məhkəmənin icraatındadır. Mənim hər hansı bir şərh verməyim düzgün olmaz. Məhkəmənin ölkə qanunlarına, beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq aparılacaq. Məhkəmə prosesini diqqətlə izləməyi mən tövsiyə edərdim", - o bildirib.