XƏBƏRLƏR / Münaqişə

"Döyüş meydanında ilişdiyinə görə Moskva terrorla məşğuldur"

Avropa Birliyinin xarici işlər naziri Kaya Kallas Rusiyaya qarşı yeni sanksiyalar elan etdi

"Döyüş meydanında ilişdiyinə görə Moskva terrorla məşğuldur"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aİ Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli beş şəxsə qarşı yeni sanksiyalar qəbul edib.

    Bu barədə Avropa Birliyinin xarici işlər naziri Kaya Kallas elan edib.

    Kallas "X" hesabında bununla bağlı paylaşım edib.

    "Ukraynaya edilən hər yeni hücum Avropanın Rusiyaya təzyiqi artırması üçün daha bir səbəbdir. Rusiyanın son hava hücumlarına cavab olaraq, Aİ bu gün Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli beş şəxsi hədəf alan yeni sanksiya siyahıları qəbul edib. Ordusu döyüş meydanında ilişdiyinə görə Moskva mülki şəxslərə qarşı terror kampaniyasını gücləndirməyə davam edir. Aİ Moskva müharibəni bitirənə qədər Rusiyaya təzyiqi artırmağa davam etməlidir", - deyə o, "X"də yazıb.