DSX rəhbərliyi AZAL prezidenti ilə hava limanında görüşdü
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində rəsmi görüş
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində rəsmi görüş keçirib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Sərhəd Nəzarəti Komandanlığında sərhəd nəzarətinin təşkili və COP29-a hazırlıqla bağlı görülən işlərlə tanışlıq məqsədi ilə görüş keçirilib.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev xüsusi texniki avadanlıq və idarəetmə vasitələri ilə tanış olublar.
Rəsmi müşavirədə görülən işlərlə bağlı hesabatlar dinlənilib, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən zəruri tövsiyə və tapşırıqlar verilib.