XƏBƏRLƏR / İctimaiyyət

Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb

Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir

Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

    Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.

    Məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə baxış zamanı monitorda şübhəli təsvirlər müşahidə olunub və gömrük yoxlaması tətbiq edilib.

    Yoxlama nəticəsində həmin şəxsin çamadanında gömrük nəzarətindən gizlədilən 24 ədəd kiçik ölçülü sellofan paketlərdə 700.60 karat brilyant qaşlar aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.