Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu azaldıb
Bu barədə Dünya Bankının qlobal iqtisadiyyata dair hesabatında deyilir
Dünya Bankı (DB) Azərbaycan üzrə iqtisadi artım proqnozunu yeniləyib.
Dünya Bankı Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımını 2024-cü ildə 2,3%, 2025-ci ildə isə 2,4% proqnozlaşdırır. Bu, bankın cari ilin yanvar ayı üçün proqnozundan 0,1% azdır.
Dünya Bankı həmçinin 2026-cı ildə Azərbaycanda iqtisadi artımın 2,4% olacağını açıqlayıb.
Ümumilikdə, Dünya Bankının məlumatına görə, Cənubi Qafqaz ölkələrində iqtisadi artımın 2024-26-cı illərdə təxminən 3,5 faiz səviyyəsində sabitləşəcəyi proqnozlaşdırılır.
“Azərbaycanın karbohidrogen ixracının 2023-cü ildə nəzərəçarpacaq dərəcədə aşağı olan bərpası gözlənilir.
Bu, son illərdə Ermənistan və Gürcüstanda qeyri-adi güclü artımdan sonra ləngiməni tarazlaşdıracaq. Ukraynanın işğalı nəticəsində regionda ticarət artmaqda davam edəcək”, - deyə hesabatda əlavə edilib.