XƏBƏRLƏR / İctimaiyyət

Dünyada ilk: Ana və qızı Kosmosa uçacaq

Ana ilə qızı "Virgin Galactic"in ikinci kommersiya uçuşunda iştirak etmək üçün lotereya qazanıblar

Dünyada ilk: Ana və qızı Kosmosa uçacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şotlandiyanın Aberdin universitetinin tələbəsi Anastatiya Mayers və anası Keisha Schahaff dünyada bir ilkə imza atacaq.

    Xarici KİV xəbər verir ki, onlar kosmosa uçan ilk ana və qız olacaq.

    Belə ki, ana ilə qızı "Virgin Galactic"in ikinci kommersiya uçuşunda iştirak etmək üçün lotereya qazanıblar.  

    “Aylar sonra ilk 5-likdə olduğumuzu öyrəndim. Sonra dedilər ki, lotereya udmuşuq”,- qadın təəssüratlarını bölüşərək sevincli, bir o qədər də həyəcanlı olduğunu söyləyib.

    Uçuşun vaxtı hələlik məlum deyil.