XƏBƏRLƏR / İctimaiyyət

Şuşa və Veliko Tırnovo əlaqələri genişləndirirlər

Bu barədə məlumatı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yayıb

Şuşa və Veliko Tırnovo əlaqələri genişləndirirlər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərliyi altında xüsusi nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul əməkdaşları Şuşa ilə qardaşlaşmış Bolqarıstanın Veliko Tırnovo şəhərində rəsmi səfərdədir. Səfərin əsas məqsədi tarixi paytaxt Veliko Tırnovo ilə Şuşa şəhərləri arasında mədəniyyət əlaqələrini genişləndirmək və bu məqsədlə qarşılıqlı səfərləri təşkil etməkdir. Səfər çərçivəsində xüsusi nümayəndə Veliko Tırnovo şəhərinin meri Daniyel Panov və vilayətin qubernatoru Georgi Guguçkov ilə görüşlər keçirib, hər iki tarixi şəhərin daha da sıx əməkdaşlığı istiqamətində fikir mübadiləsi aparıb. 
    Səfəri zamanı Aydın Kərimov Heydər Əliyev Fondu tərəfindən 2016-cı ildə bərpa edilmiş Veliko Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda da olub. Bununla yanaşı, qonaqlara “Səs və işıq” adlı audio-vizual proqram təqdim olunub.