Separatçılar əhalinin Xankəndini tərk etməyini qadağan etdi
Separatçılar Rusiya Sülhməramlı Kontingentinin koməyi ilə ermənilərin Qarabağı tərk etməsinə əngəl yaradırlar
Oyuncaq "Artsax"ın oyuncaq "dövlət naziri" Qurgen Nersisyan Qarabağda yaşayan ermənilərin ərazini tərk etmək əhval-ruhiyyəsini nəzərə alaraq bəyanat yayıb.
Bəyanatda deyilir:
"İnsanların həyatında daim yaranan problemləri (Ermənistanda qohumunun ölümü, dəfn mərasimi, ailə üzvünün ağır xəstəliyi, cərrahi müdaxilə və s.) və gərginliyin artmasını nəzərə alaraq, son günlər Rusiya sülhməramlıları daha tez-tez oxşar problemlərlə qarşılaşan vətəndaşları Ermənistana daşımağa başlayıb.
- Bundan sonra fövqəladə hallarda Rusiya sülhməramlılarının köməyi ilə "Artsax"dan Ermənistana getmək ancaq RSK ilə Əməkdaşlıq Mərkəzi və mərkəzin icazəsi ilə mümkün olacaq.
- Səhhətində problemi olan və tibbi yardıma ehtiyacı olan insanlara gəlincə, onların Ermənistana daşınması "Artsax Səhiyyə Nazirliyi"nin icazəsi ilə BQXK-nın nümayəndəliyi vasitəsilə təşkil olunacaq".
Beləliklə, bir tərəfdən separatçılar bu günədək erməni əhalisinin Qarabağdan Ermənnistana sərbəst getmək imkanlarını etiraf edir, digər tərəfdən isə Qarabağdakı cinayətkar separatçı rejim RSK ilə əlbir olaraq insan haqlarını kobud surətdə pozur, sakinlərin səyahət və sərbəst hərəkət etmə hüquqlarını zor gücü ilə məhdudlaşdırır. Bəs insan hüquqlarının "keşiyində duran" Avropa və ABŞ ermənisevər rəsmiləri hara baxır, görəsən?