XƏBƏRLƏR / İctimaiyyət

Nərimanovun heykəli yerinə qaytarıldı

10 gün əvvəl heykəlin götürülməsi geniş müzakirələrə səbəb olmuşdu

Nərimanovun heykəli yerinə qaytarıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Naxçıvan şəhərində “Böyük bağ” adlanan ərazidə yerləşən Nəriman Nərimanovun heykəli yerinə qaytarılıb. Heykəl təmir edilərək eyni əraziyə yerləşdirilib.

    Qeyd edək ki, 10 gün əvvəl heykəlin götürülməsi geniş müzakirələrə səbəb olmuşdu. Naxçıvan Şəhər İcra Hakimiyyəti heykəlin təmir işləri ilə əlaqədar götürüldüyünü və qısa vaxtda yerinə qaytarılacağını bildirmişdi.