XƏBƏRLƏR / Həyat Tərzi

Dünyada yaşı 40-dək olan 59 milyarderdən 18-i çinlidir

Bu barədə məlumat Hujun Araşdırma İnstitutunun tərtib etdiyi siyahıda əks olunub

Dünyada yaşı 40-dək olan 59 milyarderdən 18-i çinlidir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünyada yaşı 40-dək olan 59 milyarder var və onlardan 18-i çinlidir. Bu göstəriciyə görə, Çin ABŞ-dan (23 milyarder) sonra ikinci yerdədir.

    Bu barədə məlumat Hujun Araşdırma İnstitutunun tərtib etdiyi siyahıda əks olunub.

    Fərdi reytinqlərdə isə ikinci yeri “TikTok”un sahibi “ByteDance”in qurucusu Çjan Yiminq tutub. Onun sərvəti təqribən 250 milyard yuandır (təxminən 36,3 milyard dollar). Birinci yerdə “Meta”nın baş direktoru Mark Zukerberq qərarlaşıb.