XƏBƏRLƏR / Həyat Tərzi

Durov Fransada dindirilmə vaxtı aldığı maaşı açıqlayıb

Bu barədə “Le Monde” qəzeti yazır

Durov Fransada dindirilmə vaxtı aldığı maaşı açıqlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Telegram tədbiqinin sahibi Pavel Durov, fransız müstəntiqləri tərəfindən dindirilərkən, maaşının ildə bir dirhəm olduğunu bildirdi.

    Bu barədə “Le Monde” qəzeti yazır. 1 BƏƏ dirhəmi təxminən 0,46 AZN bərabərdir. Avqustun sonunda iş adamının həbsdən azad olunduğu girov məbləğinin müəyyən edilməsində Durovun maaşının böyüklüyü vacib idi. Prokurorluq girovun 20 milyon avro təyin edilməsini istəsə də, məhkəmə onu 5 milyona endirib.

    "Le Monde" yazır ki, maaşının demək olar ki, sıfır olmasına baxmayaraq, "Telegram" sahibi Pavel Durovun sərvəti 9-15,5 milyard dollar arasında qiymətləndirilir. Nəşr qeyd edir ki, 2023-cü ildə Durov Dubayda keçirilən xeyriyyə hərracında eksklüziv avtomobil nömrəsi üçün 8,5 milyon avro təklif edib.