Əfqanıstanda Azərbaycanın “Əfşar Ulduzu” tədris mərkəzi
Azərbaycanın Əfqanıstandakı səfirliyinin “X” sosial şəbəkəsində məlumat yayıb FOTO
Əfqanıstanda Azərbaycanın “Əfşar Ulduzu” tədris mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə Azərbaycanın Əfqanıstandakı səfirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində deyilir.
Təlim mərkəzi Kabildə Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) dəstəyi ilə açılıb.
Qeyd edək ki, əfşarlar Azərbaycan mənşəlidir və Nadir şah Əfşarın dövründə Əfqanıstana köçüblər.