Məktəblərdə 5 gün dərs olmayacaq
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025 tədris ili üzrə qış tətili başlayacaq.
"Tətildən sonra ilk dərs günü 1 fevral tarixində olacaq.
Bu qərar ümumi təhsil müəssisələrinin hazırlıq qruplarına da şamil edilir", - məlumatda qeyd olunub.
Qeyd edilir ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 3 fevral, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi tətildən sonra ilk iş günüdür.