Türkiyənin Milli Təhsil Nazirliyi 2026-2027-ci tədris ili ilə bağlı qaydaları əks etdirən sənədi ölkənin bütün vilayətlərinə göndərib.
Türkiyə mediasına görə, sənəddə məktəb rəhbərlərinin, müəllimlərin və təhsil sahəsində çalışan digər əməkdaşların vəzifələrini icra edərkən müəllimlik peşəsinin nüfuzuna hörmətlə yanaşmalı, şagirdlər üçün örnək olmalı olduqları bildirilir.
Həmçinin qeyd olunur ki, pedaqoqun xarici görünüşü müəllimlik peşəsinin nüfuzuna, dövlət qulluqçusu missiyasının ciddiliyinə və sosial həssaslığa uyğun gəlməlidir. Bununla əlaqədar, yeni tədris ilinin əvvəlindən müəllimlər üçün xüsusi geyim forması tətbiq olunacaq
Bundan başqa, şagirdlərin valideynləri dövlət xidmətləri portalı vasitəsilə müvafiq icazə almadan təhsil müəssisələrinə daxil ola bilməyəcəklər.
Qərarın icrasına nəzarət ölkənin 81 əyalətindəki Milli Təhsil idarələrinə həvalə olunub.
1 dəqiqə