Bakı Dövlət Universitetində (BDU) tədris prosesinin idarəolunması optimallaşdırılır.
Bu barədə BDU-nun Elmi Şurasının iclasında qərar qəbul edilib.
Belə ki, qərara əsasən, Tədrisin təşkili və idarə olunması Mərkəzinin Qiyabi, əlavə təhsil və hazırlıq şöbəsinin Qiyabi təhsil, Əlavə təhsil və Hazırlıq sektorları ləğv edilərək onun bazasında Qiyabi və əlavə təhsil şöbəsi formalaşdırılacaq.