Bahar Mustafazadə 13 ölkədəki 32 universitetdən təklif alıb
Azərbaycanlı tələbə ADA Universitetinə də qəbul olub
Azərbaycanlı tələbə Bahar Mustafazadə 13 ölkədəki 32 universitetdən təklif alıb.
Bu universitetlərə Pensilvaniya Universiteti, Şimali Karolina Universiteti, Mançester Universiteti, Aalto Universiteti (Finlandiya), Koç-Sabancı Universiteti (Türkiyə), IE Biznes Məktəbi (İspaniya) və digərləri daxildir. Xüsusi təklif Arizona Dövlət Universitetindən 56.000 dollarlıq təqaüddür.
Bahar həmçinin Azərbaycandakı ADA Universitetinə qəbul olub.
Onun uğuru ardıcıl hazırlıq və beynəlxalq layihələrdə və olimpiadalarda iştirakının nəticəsidir.
1 dəqiqədən az