Veteranlar təhsil haqqından azad oldular
Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb
Bu gün Prezident İlham Əliyev veteran tələbələrlə bağlı sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.
Müharibə veteranlarının təhsil haqqından azad olunması təhsil ictimaiyyəti tərəfindən müsbət addım kimi qiymətləndirilir.